logo
RU

Günün xəbərləri

Çimərliklər ölüm yuvasına çevrilir: - “Kimisə zorla sudan çıxara bilmərik”

img




11 avqustda Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində Xəzər dənizinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində 4 nəfərin boğularaq ölüb.

Ümumilikdə son zamanlar nəzarətsiz ərazilərdə boğulma hallarının sayı artıb. Lakin buna baxmayaraq, vətəndaşlar baş verən hadisələrə məhəl qoymadan nəzarətsiz çimərliklərə üz tuturlar.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərdə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili məsələ ilə bağlı Cebhe.info-nun suallarını cavablandırıb:

-Aqşin bəy, ölüm hadisələri nəzarətsiz çimərliklərdə olur. Ümumiyyətlə, nəzarətsiz çimərliklərin sayı nə qədərdir? 

- Bizim xidmətin Azərbaycan Respublikası ərazisində 35 xilasetmə məntəqəsi var. 35 xilasetmə məntəqəsinin 25 Bakı şəhəri və Abşeron rayonunda yerləşir. Biz vətəndaşlara olan bütün müraciətlərimidə gedəcəkləri çimərliklər haqqında məlumat toplamalarını tövsiyə edirik. Hansı ərazidə xilasedici yoxdursa, həmin ərazidən istifadə etməsinlər. Ancaq çox təəssüf ki, vətəndaşlar bunlara məhəl qoymurlar, son günlərdə də nəzarətsiz çimərliklərə üz tutanlar artıb və nəticədə ölüm hadisəsi qeydə alınır. Keçən dəfə qeydə alınan Nardaran hadisəsi də kifayət qədər təlükəli ərazidə baş vermişdi. Eyni zamanda kiçikhəcmli gəmilərin saxlanılması üçün nəzərdə tutulan yerlərdən də vətəndaşlar çimərlik kimi istifadə edirlər.

-Vətəndaşlar baş verən hadisələrdən məlumatlı olduqları halda niyə məhz bu çimərliklərə üz tuturlar? Yəni nəzarətsiz çimərliklərdə xidmət və yaxud şərait daha yaxşıdır? Bu seçim insan psixologiyası ilə əlaqəlidir, yoxsa ortada başqa səbəblər var?

-Biz bunu insanların öz seçiminə buraxırıq. Heç kimi zorla nəzarətimizdə olan çimərliklərə gətirə və yaxud da kimisə zorla sudan çıxara bilmərik. Bizim əlimizdə belə bir səlahiyyət yoxdur. Bizim işimiz ancaq maarifləndirməkdir.

-Aqşin bəy, məsələ ilə bağlı şəxsi fikriniz necədir? 

-Mən bir məsələyə aydınlıq gətirim. Bəzi vətəndaşlar arasında belə bir söhbət var ki, bizim nəzarətimizdəki, xilasedicilərin olduğu çimərliklər ödənişlidir. Ona görə də pul verməmək üçün nəzarətsiz ərazilərdə çimirlər. Lakin mən tam məsuliyyətlə deyirəm ki, Fövqəladə Hallar Nazirliyinin xidmət apardığı çimərliklər tamamilə pulsuzdur. Bunun əksini iddia edənlərə biz bunu əyani şəkildə göstərə də bilərik. Çimərliklərdə sadəcə olaraq sahibkarlar göstərdikləri xidmətlərə görə pul alırlar. Kimsə gəlir, orada müəyyən sifariş verir, “besetka” kirayəliyir, bunlar tam pulludur. Amma dənizdən istifadəyə görə heç bir halda pul alınmır. Lakin “Aqua Park”dan istifadə əlbəttə ki, pulsuz olmayacaq. Bu sahibkara aid olan sahədir, ondan bunu ödənişsiz etməsini tələb edə bilmərik. Vətəndaşların nəzarətsiz çiməriklərə üz tutmasının səbəbi tam mənası ilə pul da ola bilməz. 

-Bəs səbəb nədir?

-Səbəb biganəlikdir. Bəlkə də insanlar istirahət etdiyi ərazidə nəzarət edən kiminsə olmağını istəmir, səbəb bu da ola bilər.Mən özüm bunun şahidi olmuşam. Nardaranla Pirşağı arasında nəzarətsiz ərazi var, bəzi vətəndaşlar şəxsi avtomobillərilə gəlir, orada istirahət edirlər və gedirlər.

-Sizin onlara müdaxilə etmək səlahiyyətiniz yoxdur, ən azından tövsiyə vermək mümkündür.

-Əlbəttə ki, yox. Biz hətta öz nəzarətimizdə olan ərazidə belə küləkli havada vətəndaşın dənizə girməsinə mane ola bilmərik. Müraciət edən zaman hətta əməkdaşlarımızın dəfələrlə təhqir olunmasının şahidi olmuşuq. Məlumat verdikdə, sərt reaksiyalarla üz-üzə qalırıq. Xilasedicilərimizə qarşı kobut rəftar olur.

-Bildiyiniz kimi, Bakıda yeni ictimai çəmərliklər yaradılıb. Həmin ərazilər də sizin nəzarətinizdədir?

-Bununla bağlı bizim xidmətə hal-hazırda müraciət olunmayıb. Mən düşünürəm ki, həmin ərazilərə də nəzarət olunacaq. 







Xəbər lenti

img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06
img Dünya
ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

2020-01-23 / 11:00:57
img Hadisə
Rüşvətə görə işdən qovulan polis öldü - FOTO

2020-01-23 / 10:59:32
img Ölkə
Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ

2020-01-23 / 10:58:03
img Dünya
Yeni virusa görə karantin elan olundu

2020-01-23 / 10:54:46
img Günün xəbərləri
Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ

2020-01-22 / 18:39:04
img Dünya
Səmərqənddə qadın onu evindən çıxarmağa gələn prokurorları yandırdı

2020-01-22 / 18:35:30
img Cəmiyyət
3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

2020-01-22 / 18:34:13
img Ölkə
FIFA: Azərbaycan klubları transferlərdən 100 min dollar ziyana düşüb

2020-01-22 / 18:32:49
img Manşet xəbərləri
Rusiya demokratiya indeksinə görə dünyada 134-cü yeri tutdu

2020-01-22 / 18:31:29
img Dünya
Putin rus analarına dəstək üçün 1 trilyon ayırdı

2020-01-22 / 18:29:41
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2020-01-22 / 18:29:07
img Ölkə
Zooparkdakı təmirə görə heyvanlar bu ərazidə saxlanılır

2020-01-22 / 15:21:47
img Ölkə
Azərbaycandan bu ölkəyə yeni qatar reysi açıldı: Gediş pulsuzdur

2020-01-22 / 15:19:16
img Günün xəbərləri
İranın daha bir komandiri öldürüldü

2020-01-22 / 15:14:31
img Dünya
İsrail: "İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

2020-01-22 / 15:13:14
img Dünya
Yunanıstanda ilk dəfə qadın prezident seçildi

2020-01-22 / 15:11:27
img Dünya
İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı

2020-01-22 / 15:09:12
img Dünya
Netflix abunəçilərinin sayı 167 milyona çatdı

2020-01-22 / 15:07:54
img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38

Bütün xəbərlər