logo
RU

Dünya

Nüfuzlu azərbaycanlı həkim qəzada həlak oldu

img




Rusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub. Modern.azVirtualaz.org-a istinadən xəbər verir ki, “Komsomolskaya Pravda” nəşrinin məlumatına görə, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi “Folksvagen Polo” avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub. İlkin məlumatlarda qəzanın avtomobilin təkərinin partlaması nəticəsində baş verdiyi bildirilsə də vilayət Daxili İşlər İdarəsindən dəqiqləşdiriblər ki, “Folksvagen” sürücüsü idarəetməni itirib və avtomobil qarşı hərəkət zolağına keçib. Hadisə zamanı Axundovun yanında onun oğlu da olub, amma heç bir xəsarət almayıb. Zərbə avtomobilin sürücü oturan hissəsinə dəyib və doktor Axundov başından ciddi xəsarət alıb. Tengiz Axundov uzun illər Kalininqrad Mərkəzi Klinikasında işləyib. Onun ölümü haqda ilk məlumatı Kalininqradın Həkimlər Palatasının şurası yayıb. Həmkarları deyirlər ki, Axundov 30 ilə yaxındır Kalininqrad Mərkəzi Klinikasında işləyirdi və hamının hörmətini qazanmışdı. Onun böyük ailəsi olub, iki qızı məktəbi qızıl medalla bitirib. Axundovun pasiyentləri də çoxsaylı internet forumlarda onun faciəli ölümündən kədərləndiklərini ifadə ediblər. “Çox yaxşı həkim həlak oldu! Ötən cümə günü məni əməliyyat etmişdi. Bütün xəstəxana yasa batıb. Allah ona rəhmət eləsin”,-Viktoriya L. adlı pasiyent yazır.  “Əla həkim idi, təcrübəli, savadlı, hərdən sərt olurdu, amma həkim kimi çox yaxşı idi. Çox sağ ol, Tengiz Hüseynoviç!”,-bu isə digər pasiyentin fikirləridir. Kalininqrad vilayətinin Səhiyyə Nazirliyi də həkimin həlak olmasına görə onun ailə üzvlərinə başsağlığı verib. “Bizim hamımız üçün, tibb cameəsi üçün bu dəhşətli faciədir. Tengiz Hüseynoviç Kalininqrad Mərkəzi Klinikasının ən təcrübəli həkimlərindən biri idi, 30 ildir həkim-otorrinolarinqoloq işləyirdi. Çox savadlı və ixtisaslı həkim idi, şişirtmədən deyə bilərik ki, Allah tərəfindən göndərilmişdi. Gənclər onunla işləməyə can atırdı, pasiyentlər həmişə onun yüksək peşəkarlığını, həssaslığını və diqqətli olmasını qeyd edirdi”,-nazirlikdən deyiblər. Qəzet yazır ki, Tengiz Axundovu vətənində dəfn edəcəklər. Bu gün avqustun 13-də onun  cənazəsi təyyarə ilə Azərbaycana yola salınacaq.  







Xəbər lenti

img Günün xəbərləri
MSK daha 2 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-22 / 19:00:34
img Manşet xəbərləri
Ərdoğan: “Suriyada yüzlərlə legioneri zərərsizləşdirdik”

2020-02-22 / 18:58:15
img Ölkə
"Keşlə" "Zirə"ni böyük hesabla məğlub etdi

2020-02-22 / 18:57:13
img Dünya
Qazaxıstanda mitinqlərdə 100-ə yaxın adam saxlanıldı

2020-02-22 / 18:55:59
img Ölkə
MSK namizədin müraciətini təmin etmədi

2020-02-22 / 18:38:40
img Dünya
Bu planetdə bir il 18 saatdır

2020-02-22 / 18:37:45
img Günün xəbərləri
Neftçalanın keçmiş icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi

2020-02-22 / 18:35:39
img Dünya
İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb

2020-02-22 / 15:13:27
img Dünya
"Koronovirusdan qorunmağın ən əsas yolu tez-tez yuyunmaqdır" - Professor Vildan Ertekin

2020-02-22 / 15:09:36
img Günün xəbərləri
Azərbaycan İranla sərhəddə nəzarəti gücləndirdi

2020-02-22 / 15:08:05
img Ölkə
Sabah 18 dərəcə isti olacaq

2020-02-22 / 15:06:32
img Günün xəbərləri
73 seçki məntəqəsinin nəticələri ləğv edildi - SİYAHI

2020-02-22 / 15:04:04
img Dünya
London və İstanbulda derbilər olacaq

2020-02-22 / 14:20:00
img Günün xəbərləri
MSK parlament seçkiləri ilə bağlı yekun qərar verəcək

2020-02-22 / 14:16:50
img Manşet xəbərləri
İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir – FOTO

2020-02-22 / 14:10:39
img Günün xəbərləri
Baş redaktor azadlığa buraxıldı

2020-02-22 / 14:08:02
img Dünya
İranda bələdiyyə sədrinə koronavirus diaqnozu qoyuldu

2020-02-22 / 13:44:19
img Dünya
Çində koronavirusdan ölənlərin sayı 2345-ə çatıb

2020-02-22 / 10:42:26
img Günün xəbərləri
Sumqayıtda zibil qabından yeni doğulmuş körpənin meyiti tapıldı

2020-02-22 / 10:41:00
img Günün xəbərləri
Tutulan icra başçısını hansı cəza gözləyir?

2020-02-22 / 10:39:31
img Cəmiyyət
Rusiya məktəblərində süni intellekt dərsləri keçiriləcək

2020-02-22 / 10:38:04
img Manşet xəbərləri
Oqtay Gülalıyevin səhhətindən xoş xəbər

2020-02-22 / 10:36:46
img Dünya
Husilər "Saudi Aramco"nu yenə vurdu

2020-02-22 / 10:35:38
img Manşet xəbərləri
DTX-nın həbs etdiyi qadın müavin YAP-ın deputatlığa namizədi olub

2020-02-21 / 20:01:08
img Manşet xəbərləri
DTX icra başçısını rüşvət alarkən belə həbs etdi - ƏMƏLİYYATIN VİDEOSU

2020-02-21 / 18:25:14

Bütün xəbərlər