logo
RU

Günün xəbərləri

Professor: "İnsanlar yüksək temperaturlu havada diqqətli olmalıdırlar"

img




Bir neçə gündür havanın temperaturunun yüksək olması meteohəssas insanlar üçün əlverişsizdir. Hətta Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də isti temperatur diskomfortu ilə bağlı xəbədarlıq da yaymışdı. Tibb elmləri doktoru, professor Adil Qeybulla “Report”a açıqlamasında insanları yüksək temperaturlu havada diqqətli olmağa çağırıb: “İnsanların uyğunlaşdığı müəyyən temperatur var. Həmin temperatur yüksəldikdə insanlar özlərini yaxşı hiss etmirlər. Ekvatorial və tropik zonalarda insanlar 40 dərəcəyə uyğunlaşıblar. Amma Azərbaycan üçün bu temperatur yüksəkdir. Belə olan halda, ilk növbədə, isti ilə təması azaltmaq lazımdır. Yəni istivurma və günvurma hallarının profilaktikası üçün gündüz saat 12:00-dan 18:00-dək günəş şüaları altında mümkün qədər az olmaq lazımdır".  Onun sözlərinə görə, işləyən şəxslərin sərinkeş və kondisonerdən istifadə etməsi zəruridir: "İşləməyən insanların isə ev şəraitində olması lazımdır. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar diqqətli olmalıdırlar. Çünki orqanizmdəki suyun böyük hissəsi buxarlandığından belə şəxslər isti havada daha pis olurlar. Ümumiyyətlə, həddindən artıq isti zamanı bədənin müdafiə reaksiyaları işə düşür. Bu zaman dəridə qan kapilyarları genişlənir. Dərinin tənəffüsü güclənir, buxarlanma artır, lakin bu hal müəyyən müddət ola bilər. Çünki daha sonra uyğunlaşma mexanizmi tükənir və daxili temperatur yüksəlir. Temperatur qalxan kimi günvurma hadisəsi baş verir. Ona görə də bu halla üzləşmiş şəxsi dərhal sərin yerə keçirməli, başına və ayaqlarına yaş dəsmal qoyulmalı, maye qəbul etdirilməli, sonra isə həkim çağırılmalıdır. Bədəndəki maye buxarlandığından itirilən mayeni bərpa etmək vacibdir. Bunun üçün gündəlik maye qəbulunu artırmaq lazımdır”. Professor bildirib ki, insanlar günəş şüalarının birbaşa təsirindən qorunmalıdır: “Bünün üçün günəş eynəklərindən, xüsusi baş örtüklərindən istifadə etmək lazımdır. Eyni zamanda çimərlikdə günəş vannası qəbul edən şəxslər mütləq dəri qoruyucu kremlərdən istifadə etsinlər. Əks halda, dəridə yanıqlar əmələ gələ bilər. Bu yanıqlar bəzən çox ağır keçir”. 







Xəbər lenti

img Günün xəbərləri
ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

2019-08-19 / 19:16:27
img Ölkə
Deputat İqbal Məmmədovun oğlu həbs olunub - RƏSMİ

2019-08-19 / 19:15:08
img Dünya
Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

2019-08-19 / 19:13:51
img Dünya
Netanyahu Zelenskini İsrailə dəvət etdi

2019-08-19 / 19:01:13
img Günün xəbərləri
Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

2019-08-19 / 18:57:39
img Cəmiyyət
Enerji içkiləri bizi necə məhv edir?

2019-08-19 / 16:11:28
img Dünya
1700 məhkum əfv edildi

2019-08-19 / 16:09:24
img Hadisə
"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

2019-08-19 / 16:08:29
img Dünya
"WhatsApp"da iki gözlənilməz yenilik var

2019-08-19 / 16:07:04
img Hadisə
Sabiq prezident məhkəmə qarşısında

2019-08-19 / 16:05:31
img Günün xəbərləri
Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

2019-08-19 / 16:03:54
img Sosial
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

2019-08-19 / 12:05:52
img Ölkə
Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

2019-08-19 / 12:04:22
img Dünya
ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

2019-08-19 / 12:02:30
img Ölkə
Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

2019-08-19 / 12:01:10
img Qafqaz
Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

2019-08-19 / 11:49:14
img Hadisə
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

2019-08-19 / 11:47:48
img Manşet xəbərləri
BMT-nin Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət yayıb

2019-08-19 / 11:45:57
img Dünya
"Grace 1" Cəbəllüttariqi tərk etdi

2019-08-19 / 11:33:44
img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22

Bütün xəbərlər