logo
RU

Müsahibə

Binəqədinin yeni İCRA BAŞÇISI: “İşində nöqsanı olan şəxslərlə yollarımızı ayıracağıq” - MÜSAHİBƏ

img




Ölkə başçısının 6 iyun 2018-ci il tarixli sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş E.Allahverdiyev Modern.azsaytına müsahibə verib. İcra başçısının mediaya ilk müsahibəsini təqdim edirik:
- Elxan müəllim, ilk olaraq Sizi təyinatınız münasibətilə təbrik edirik. Bir az özünüz barədə məlumat vermənizi xahiş edirik. Bu mühüm posta gələnə qədər hansı sahələrdə çalışmısınız?

- Təbrikiniz üçün təşəkkür edirəm. Əmək fəaliyyətimə 1982-ci ildən başlamışam. 10 il Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif vəzifələrdə çalışaraq elmi fəaliyyətlə məşğul olmuşam. Bundan əlavə, müxtəlif şirkətlərdə rəhbər vəzifələrdə işləmişəm. Fəaliyyətim əsasən koorporativ idarəetmə, maliyyə və  iqtisadiyyatın müxtəlif sahələrini əhatə edib.
- Sizin KapitalBank-ın sədrinin qardaşı olduğunuzu biləndə əksəriyyət bank sahəsində çalışdığınızı düşündü...

Fəaliyyətim əsasən iqtisadiyyat sahəsinə aid olsa da, sırf bank sahəsində çalışmamışam. Ötən fəaliyyətim ərzində 1 il müddətində Bank olmayan Kredit Təşkilatında rəhbər vəzifədə işləmişəm.  
- Binəqədi rayonunun böyük əraziyə və daha çox əhali sayına sahib olduğunu nəzərə alsaq, fəaliyyətinizi necə qurmağı planlaşdırırsınız?

- Bizim əldə rəhbər tutduğumuz əsas sənəd Azərbaycan Respublikasının “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”, əsas fəaliyyət istiqamətimiz isə vətəndaş məmnunluğudur. Ümumilikdə işimizi rayonun sosial-iqtisadi və mədəni sahələrinin inkişafının təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, onların rifahının yaxşılaşdırılması və qanunçuluq prinsipləri əsasında quracağıq.
- Başçı dəyişikliyi Binəqədi sakinlər tərəfindən böyük sevinclə qarşılandı. Onların rəhbər dəyişikliyindən sonra gözlədikləri yeniliklər nədən ibarət olacaq?

- İlk olaraq ötən dövrdə yaranmış problemlərin səbəblərini tapmaq və onların həlli üzərində çalışmaq lazımdır. Bu istiqamətdə yerlərdə və qəsəbələrdə sakinlərimizlə görüşlərimiz başlayıb, səsləndirilən bütün məsələlər, problemlər qeyd olunur və həmin problemlərin həlli istiqamətində tapşırıqlar verilir. Gedişat onu göstərir ki, sakinlərin müraciətləri və onların həlli istiqamətində görüləcək xeyli işlər var.
- Bu gün Binəqədi rayonu ərazisində əsas həlli vacib problemlər nələrdir?

- Sizin də, qeyd etdiyiniz kimi, Binəqədi rayonu əhali və ərazisinə görə Bakı şəhərinin ən böyük rayonlarından biridir. Bu məqamı nəzərə alaraq  hesab edirəm ki, rayonun hazırkı problemlərinin birdəfəlik və effektli həlli üçün hər bir problemə fərdi şəkildə yanaşmaq lazımdır. Həlli vacib olan məsələlər arasında qəsəbədaxili yolların asfaltlanması, qəsəbələrin su təchizatı və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması, çoxmərtəbəli binalarda lift sistemlərinin yenilənməsi və s. kimi problemləri qeyd etmək olar. Bu problemlərin həlli istiqamətində aidiyyatlı təşkilatlarla birlikdə səmərəli şəkildə işimizi quracağıq.
- Rayonun idarəetmə strukturlarında dəyişiklik gözlənilirmi? 

- Yuxarıda qeyd etdiyim kimi, işimizdə əsas prinsip vətəndaş məmnunluğudur. Bu prinsiplə işləyən, dövlətimizə, xalqımıza xidmət edən kadrlar işlərində davam edəcək, işində nöqsanı olan şəxslərlə isə təbii ki, yollarımızı ayırmalı olacağıq. Ölkəmizdə uğurla aparılan kadr siyasəti rayonumuzda da öz əksini tapacaq. 
- İllərdir rayonda tikinti sahəsində xoşagəlməz hallar hökm sürürdü. Xüsusilə qanunsuz ödənişlərin alınması müqabilində sənədsiz evlərin tikintisi və s. Bu kimi hallarla bağlı hansı tədbirlər görüləcək?

- Biz hüquqi, konstitusiyalı bir dövlətə sahibik. Bütün məsələlər kimi, tikinti məsələsi də qanunvericiliyin tələblərinə uyğun olaraq tənzimlənməlidir. Tikinti sahəsində mövcud olan  problemlərin həlli istiqamətində konkret tədbirlər görüləcək və qeyd olunan fəaliyyət müvafiq qanunvericiliyə uyğun formada reallaşdırılacaq. 
- Binəqədidə daha hansı yeniliklərin şahidi ola biləcəyik? 

- Hazırda ərazidə sakinlərlə görüşərək onların müraciətlərini öyrənməklə  məşğuluq. Buna baxmayaraq, vətəndaşların rifahını yaxşılaşdırmaq və rayonun sosial-mədəni həyatını zənginləşdirməq məqsədilə innovativ ideyaları reallaşdırılması və yeni layihələrin keçirilməsini planlaşdırırıq. Bu sahədə bir neçə dövlət qurumları ilə əməkdaşlıq etmək niyyətindəyik. Eyni zamanda, öz fikirlərini səsləndirmək üçün sakinlərimiz də təkliflərini bizə göndərə bilər. Qeyd edilən istiqamətdə səslənən bütün təklifləri müzakirə etməyə hazırıq.
- Ümumilikdə İcra Hakimiyyətinin fəaliyyəti istiqamətində mətbuatla əlaqələrdə hansı yenilikləri görə biləcəyik. Son tendensiyalara görə, yeni təyin olunan kadrlar mətbuata açıq olmağa üstünlük verir. Rayonla bağlı suallarımıza istənilən vaxt cavab ala biləcəyikmi?

- Hesab edirəm ki, KİV-lərlə iş bizim fəaliyyətimizin vacib hissələrindən biri olacaq. Biz mətbuatla əməkdaşlıq etməyə həmişə hazırıq. Öz növbəmizdə biz də ümid edirik ki, mətbuat nümayəndələri də ölkə prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq həyata keçirdiyimiz işləri insanlara çatdırmaqda bizə dəstək olacaqlar.

"Legion"  







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər