logo
RU

Foto xəbər

Bakının baş meydanında hərbi parad keçirildi - FOTOLAR

img




Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar. 
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.
Bunun ardınca şəxsi heyətin keçidi olub.
Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçib.
Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirilib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.
*****
09:57
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında təntənəli hərbi parad keçirilir.
APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxırlar.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev hərbi paradda iştirak edən şəxsi heyəti salamlayıb.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.
Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi paradda nitq söyləyib.
xxxxx
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında hərbi parad başlayıb.
APA-nın məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.
Mərasim dövlət himninin oxunması ilə başlanıb.
Paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti keçid edəcək.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq.
Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan 100-dək nümayəndə iştirak edəcək.

"Legion" 

























Xəbər lenti

img Günün xəbərləri
ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

2019-08-19 / 19:16:27
img Ölkə
Deputat İqbal Məmmədovun oğlu həbs olunub - RƏSMİ

2019-08-19 / 19:15:08
img Dünya
Özbəkistanda 120 yaşlı qadına biometrik pasport verilib

2019-08-19 / 19:13:51
img Dünya
Netanyahu Zelenskini İsrailə dəvət etdi

2019-08-19 / 19:01:13
img Günün xəbərləri
Gəlirsiz turizm: hara gedirik? – Məmur hərisliyi, boş qalan otellər

2019-08-19 / 18:57:39
img Cəmiyyət
Enerji içkiləri bizi necə məhv edir?

2019-08-19 / 16:11:28
img Dünya
1700 məhkum əfv edildi

2019-08-19 / 16:09:24
img Hadisə
"Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

2019-08-19 / 16:08:29
img Dünya
"WhatsApp"da iki gözlənilməz yenilik var

2019-08-19 / 16:07:04
img Hadisə
Sabiq prezident məhkəmə qarşısında

2019-08-19 / 16:05:31
img Günün xəbərləri
Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI

2019-08-19 / 16:03:54
img Sosial
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

2019-08-19 / 12:05:52
img Ölkə
Vəzifəli şəxs kobud nöqsanlara görə işdən çıxarıldı

2019-08-19 / 12:04:22
img Dünya
ABŞ-ın İrana qarşı sanksiyaları Ermənistana da toxundu

2019-08-19 / 12:02:30
img Ölkə
Könül Xasıyeva haqqında yalan yazanlardan şikayət edəcək

2019-08-19 / 12:01:10
img Qafqaz
Gürcüstanda güclü fırtına ilə bağlı xəbərdarlıq edilib

2019-08-19 / 11:49:14
img Hadisə
Səudiyyə Ərəbistanında yataqlara edilən hücum fonunda neft bahalaşır

2019-08-19 / 11:47:48
img Manşet xəbərləri
BMT-nin Baş katibi Ümumdünya Humanitar Yardım günü ilə əlaqədar müraciət yayıb

2019-08-19 / 11:45:57
img Dünya
"Grace 1" Cəbəllüttariqi tərk etdi

2019-08-19 / 11:33:44
img Qafqaz
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib

2019-08-17 / 17:29:10
img Manşet xəbərləri
“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

2019-08-17 / 17:27:49
img Cəmiyyət
Əzələlərini iynə ilə şişirdənin qolları kəsilə bilər – Foto

2019-08-17 / 17:25:29
img Günün xəbərləri
Avqustun 17-nə olan hava proqnozu

2019-08-17 / 17:24:16
img Dünya
Yerdə istilik rekord həddi aşıb

2019-08-17 / 17:23:17
img Dünya
ABŞ "Huawei"ə güzəştə gedə bilər

2019-08-17 / 11:39:22

Bütün xəbərlər