logo
RU

Sosial

Mübariz Mənsimovun zavodu antisanitar vəziyyət yaradıb – Nazirlikdən açıqlama

img




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən Lənkəran, Astara və Masallı rayonlarında keçirilən növbəti monitorinq zamanı ekoloji tarazlığın pozulması halları qeydə alınıb.

ETSN-nin Ətraf Mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirildiyinə görə, Lənkəran şəhəri ərazisindən keçib, birbaşa Xəzər dənizinə tökülən və çirklənməyə məruz qalan axarlardan biri Girdəni kanalıdır. Kanalın sahilində yerləşən müxtəlif təyinatlı müəssisələrdə formalaşan tullantı suları birbaşa və ya müxtəlif yollarla təmizlənmədən və zərərsizləşdirilmədən Girdəni kanalına axıdılır.

“Lənkəran rayonu ərazisində yerləşən “Palsüd” zavodunun tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa relyefə axıdılması monitorinq zamanı müşahidə olunub. Müəssisədən tullantı sularının axıdıldığı ərazi süni gölməçəyə çevrilib və ətrafda antisanitar vəziyyət yaranıb. Bundan başqa, rayonun Sütəmurdov kəndi ərazisində yerləşən “PALMALİFE” Lənkəran Resort Otel və İstirahət mərkəzində də eyni vəziyyət mövcuddur. Lənkəran rayonunda növbəti ekoloji pozuntu halı Səhiyyə Nazirliyinin regional müəssisəsi olan – Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. Diaqnostika mərkəzində formalaşan tullantı suları məhəllədaxili kanalizasiya xətti vasitəsilə quyu tipli nasosxanaya axıdılır. Daha sonra tullantı suları nasoslar vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa T. İsmayılov küçəsindən keçən kanalizasiya xəttinə nəql olunur. Qeyd etmək lazımdır ki, Lənkəran rayonunda Bioloji Təmizləyici Qurğunun (BTQ) tikintisinin başa çatmaması ilə əlaqədar olaraq, formalaşan tullantı suları köhnə xətt vasitəsi ilə təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır”, – deyə bülletendə bildirilir.

Astara rayonunda keçirilən monitorinq zamanı 3-ü təbii axar (çaylar), 3-ü isə mövsümi xarakter daşıyan drenaj kanalı olmaqla, çirklənməyə məruz qalan 6 axarın Xəzər dənizinə töküldüyü müəyyənləşdirilib: “Qeyd olunan həmin təbii axarların sahili boyunca yerləşən yaşayış massivlərində və şəhərdə formalaşan tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa həmin təbii axarların çirkləndirilməsi ilə yanaşı, Xəzər dənizinin ekosisteminə də mənfi təsir göstərir. Masallı rayonunda keçirilmiş monitorinq zamanı məlum olub ki, rayon ərazisində formalaşan tullantı sularının təmizlənməsi üçün qurğu mövcud deyil. Bu səbəbdən də Masallı şəhərində formalaşan tullantı suları Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi məsələ ilə bağlı təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Viləşçaya axıdılır”.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi monitorinq zamanı aşkarlanan nöqsanların aradan qaldırılması barəsində proqnozlar və təkliflərini də açıqlayıb. İdarə bildirir ki, Lənkəran, Masallı və Astara rayonlarında formalaşan tullantı sularının birbaşa, yaxud da kanallar vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən axarlara, həmçinin Xəzər dənizinə axıdılmasının qarşısı alınmazsa dənizdə çirklənmənin artmasına gətirib çıxara bilər: “Lənkəran, Masallı və Astara rayonlarındakı xəstəxanalarda formalaşan tibbi tullantılar düzgün utilizasiya olunmalı və aidiyyəti qurumlar tərəfindən buna nəzarət edilməlidir”.

Qeyd edək ki, “Palsüd” zavodu “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimova məxsusdur.cumhuriyyet.net

LEGİON.AZ







Xəbər lenti

img Dünya
15 yaşlı qıza təcavüz etdilər - SONRA TELEFONA ÇƏKDİLƏR

2018-06-22 / 20:11:15
img Manşet xəbərləri
Keçmiş nazirin qohumları da işdən qovuldu – SON DƏQİQƏ

2018-06-22 / 18:21:31
img Cəmiyyət
Soyundu, adını kriminal avtoritetlə hallandırdı, indi də şantaja keçdi – Çılpaq Afaqın macəraları (VİDEO)

2018-06-22 / 18:08:29
img Sosial
Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: "Bu vəhşiliyi hər kəs görsün" (VİDEO)

2018-06-22 / 17:58:35
img Günün xəbərləri
“Epidbiomed İŞİ”nin qaranlıqları

2018-06-22 / 17:42:17
img Manşet xəbərləri
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib

2018-06-22 / 17:25:26
img Manşet xəbərləri
Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edilib – RƏSMİ

2018-06-22 / 17:19:47
img Dünya
Məktəbdə əxlaqsızlıq edən müəllimlər kameraya düşdülər - FOTO

2018-06-22 / 11:42:46
img Cəmiyyət
Cazibədar aparıcı şortik qalmaqalından danışdı: "Özbaşına deyil ki..."

2018-06-22 / 11:20:41
img Sosial
Həkim azərbaycanlı müğənninin üstünə hücum çəkdi - Anbaan VİDEO

2018-06-22 / 11:18:18
img Hadisə
Yepiskop ağlayan çağanı şillələdi - Qəribə vəftiz mərasimi - VİDEO

2018-06-22 / 11:15:48
img Dünya
Həkimlər xəstəliyinə carə tapa bilmədi - Həyatını santexniklər qurtardı

2018-06-22 / 11:13:18
img Ölkə
Təyyarə və helikopterləri Bakı səmasında

2018-06-22 / 11:12:05
img Ölkə
O qızı tapın — Bakı polisi şortikli qızı axtarır

2018-06-21 / 19:10:01
img Dünya
Avropada növbəti rəzalət — Evli cütlüklər üçün “seks oteli” açılır

2018-06-21 / 19:05:34
img Cəmiyyət
Efirdə BİABIRÇILIQ! Mikrofon açıq qaldı : İfritəyə oxşayan...

2018-06-21 / 17:24:10
img Sosial
"Mediland Hospital”da insanlığa yaraşmayan hərəkət – “Pul ödə, təyziqini ölçək”

2018-06-20 / 19:19:49
img Manşet xəbərləri
Agentliyin baş direktoru onu təhqir edən “Azərsu” ASC-nin əməkdaşından nazirə müraciət etdi

2018-06-20 / 17:08:37
img Günün xəbərləri
İlqar Yusubov “Rolls-Royce”də hansı pullarla gəzir?

2018-06-20 / 16:57:57
img Sosial
Məmurlara ağır ittiham: “Arxası möhkəmdir, fəhlələrlə qul kimi davranır”

2018-06-20 / 16:45:45
img Ölkə
Kürdəmirdə şok: İnsan və heyvan dərmanları eyni aptekdə satılır

2018-06-20 / 16:42:00
img Manşet xəbərləri
Bu dəfə “Azərsu”nun əməkdaşı jurnalisti təhqir etdi – Nazirə müraciət olundu

2018-06-20 / 13:29:17
img Günün xəbərləri
Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı – ŞOK TƏFƏRRÜAT

2018-06-20 / 01:04:00
img Günün xəbərləri
Ərziman Əliyevin qohumu da jurnalisti təhqir etdi

2018-06-19 / 18:03:04
img Video xəbərlər
Azərbaycanlı ailə 4 yaşlı qızlarını porno videoya çəkdi - Dünya şokda VİDEO

2018-06-19 / 16:15:31

Bütün xəbərlər