logo
RU

Sosial

“Cənnət park”da mənzil biznesi: əvvəl satırlar, sonra əlavə 8500 manat istəyirlər — ARAŞDIRMA – FOTO

img




Vətəndaş Quliyeva Rübabə Xasay qızı Ölkə.Az-ın redaksiyasına “Cənnət park” yaşayış kompleksində onlara qarşı edilən özbaşınalıq barədə şikayət məktubuyla müraciət edib.
Şikayətçi bildirir ki, 20.09.2016-cı il tarixində Abşeron rayonu “Cənnət park” yaşayış kompleksində tikilməkdə olan ikinci binadan 65 kvadramtmetrlik mənzil alıb. Mənzili almaq üçün 8150 manat ilkin ödəniş etməli olduğu halda, iki dəfə artıq-16300 manat ödəyib:
“Rəsmi şərtlərə görə üç il müddətinə ayda 355 manat ödəməliydim. Ödəniş edərkən şirkətin Sona adlı meneceri bildirdi ki, borularda su var. Ancaq mənzilin təmirinə başlayarkən məlum oldu ki, su yoxdur. Şirkətdə İlhamə adlı başqa bir menecer də var. Bu adam özünü digər menecerin vəkili kimi aparır. Məsələn, biz hər hansı problemlə bağlı Sona xanıma müraciət edəndə, dərhal İlhamə xanım müdaxilə edir”.
Şikayətçi bildirir ki, mənzilini çətinliklə də olsa, təmir etdirib köçəndə binanın lifti də işləmirmiş:
“Bu barədə dəfələrlə kompleksin rəhbəri Qəmbər Fətullayevlə danışdıq amma xeyri olmadı. Əşyaları yuxarı qaldıranda ayağımdan ağır zədə aldım. Ancaq buna baxmayaraq, yenə də hər ay ödənişi edirdim. Subyektiv səbəblərdən işimi itirdiyim üçün evimi tərk edib, qohumumgildə qalası oldum. Həm də o ərəfədə binanın nə işığı, nə də suyu yox idi. 2017-ci ilin mart ayında qohumumuzun vasitəsilə Moskvaya köçəsi olduq. Həmin ilin iyun ayında şirkətə 250 manat ödəniş etdim və bildirdim ki, xahiş edirəm, biz sizi anlayışla qarşıladığımız kimi siz də eynisini edin. Yəni, ödənişləri gecikdirdiyimə görə bizə güzəştə gedin. Yeri gəlmişkən, şirkətin təqdim etdiyi çıxarışda gecikdirilməyə görə ödəniləcək məbləğin bir faiz olduğu göstərildiyi halda, göndərdiyim beş yüz manatı qəbul etməyərək, bildirdilər ki, əlavə 8500 manatlıq faiz ödənməlidir. Halbuki binaya işıq və su bu ilin yanvarında verilib. Bunu həmin binada yaşayan sakinlər də təsdiq etməyə hazırdırlar.  Halbuki bizə mənzili satarkən fotoda gördüyünüz kompelksin üç ay ərzində tikiləcəyini bildirmişdilər. Ancaq özünüz də gedib kompleks dedikləri yerin nə vəziyyətdə olduğunu görə bilərsiniz”.
R.Quliyeva bildirir ki, məhz sözügedən şirkətin məsuliyyətsizliyi ucbatından vətənindən didərgin düşüb:
“Həyat yoldaşımı itirmişəm, vətənimdən məhz bu adamlara görə didərgin düşmüşəm. Bəlkə də həmin binaya köçərkən xəsarət alıb işimi itirməsəydim, ödənişi də vaxtında edərdim. İki övladımla vətənimdən uzaq düşmüşəm. Aidiyyatı qurumlardan xahiş edirəm ki, haqqımın tanınmasında mənə yardımçı olsunlar və şirkətin mənə qarşı qaldırdığı əsassız iddianın reallaşdırılmasına imkan verməsinlər”.
Sözügedən şikayətlə bağlı yaşayış kompleksi ilə şərti müştəri qismində əlaqə saxladıq.
Məlum oldu ki, kompleks müştərilərini aldadaraq asan qazanc yolunu tapıb. Belə ki, şirkət rəsmi internet səhifəsindəki məlumatda (reklamda) mənzillərin daxili kreditlə (5 illik) satışında ilkin ödənişin 10%-50% arası olduğu bildirir. Əslində isə 5 illik daxili kreditdə tikinti olan bina üçün 10 min manat, təmirə hazır olan və yaşayışa hazır olan binalarda isə 15-18 min manatdan başlayaraq ilkin ödəniş edilməlidir. Bunlardan başqa şirkət rəsmi internet səhifəsində mənzilin 1kv. m-nin 349 manat olduğu bildirilsə də, bu rəqəm 599 manatdan başlayaraq 699 manata qədər dəyişir. Bu isə Azərbaycan Respublikası reklam haqqında qanunun 4.2. maddəsinə tamamilə ziddir. Çünki maddədə qeyd olunub ki,  reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. 
Sözügedən şirkət Azərbaycan qanunlarının 18.0.5. maddəsini də pozub. Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılması qəti qadağandır.
Şirkət qeyd etməsə də bildirmək istəyirik ki, şirkət sadəcə daxili kredit verir və dövlət ipoteka kreditindən imtina edir.
Mövzunu diqqətdə saxlayacağıq.

LEGİON.AZ












Xəbər lenti

img Dünya
15 yaşlı qıza təcavüz etdilər - SONRA TELEFONA ÇƏKDİLƏR

2018-06-22 / 20:11:15
img Manşet xəbərləri
Keçmiş nazirin qohumları da işdən qovuldu – SON DƏQİQƏ

2018-06-22 / 18:21:31
img Cəmiyyət
Soyundu, adını kriminal avtoritetlə hallandırdı, indi də şantaja keçdi – Çılpaq Afaqın macəraları (VİDEO)

2018-06-22 / 18:08:29
img Sosial
Bakıdakı turistlər sürücünü döyən yol polisini lentə aldılar: "Bu vəhşiliyi hər kəs görsün" (VİDEO)

2018-06-22 / 17:58:35
img Günün xəbərləri
“Epidbiomed İŞİ”nin qaranlıqları

2018-06-22 / 17:42:17
img Manşet xəbərləri
Baş prokuror Ağstafa rayonunda vətəndaşları qəbul edib

2018-06-22 / 17:25:26
img Manşet xəbərləri
Pambıq tarlalarındakı zəhərlənməyə görə 5 nəfər həbs edilib – RƏSMİ

2018-06-22 / 17:19:47
img Dünya
Məktəbdə əxlaqsızlıq edən müəllimlər kameraya düşdülər - FOTO

2018-06-22 / 11:42:46
img Cəmiyyət
Cazibədar aparıcı şortik qalmaqalından danışdı: "Özbaşına deyil ki..."

2018-06-22 / 11:20:41
img Sosial
Həkim azərbaycanlı müğənninin üstünə hücum çəkdi - Anbaan VİDEO

2018-06-22 / 11:18:18
img Hadisə
Yepiskop ağlayan çağanı şillələdi - Qəribə vəftiz mərasimi - VİDEO

2018-06-22 / 11:15:48
img Dünya
Həkimlər xəstəliyinə carə tapa bilmədi - Həyatını santexniklər qurtardı

2018-06-22 / 11:13:18
img Ölkə
Təyyarə və helikopterləri Bakı səmasında

2018-06-22 / 11:12:05
img Ölkə
O qızı tapın — Bakı polisi şortikli qızı axtarır

2018-06-21 / 19:10:01
img Dünya
Avropada növbəti rəzalət — Evli cütlüklər üçün “seks oteli” açılır

2018-06-21 / 19:05:34
img Cəmiyyət
Efirdə BİABIRÇILIQ! Mikrofon açıq qaldı : İfritəyə oxşayan...

2018-06-21 / 17:24:10
img Sosial
"Mediland Hospital”da insanlığa yaraşmayan hərəkət – “Pul ödə, təyziqini ölçək”

2018-06-20 / 19:19:49
img Manşet xəbərləri
Agentliyin baş direktoru onu təhqir edən “Azərsu” ASC-nin əməkdaşından nazirə müraciət etdi

2018-06-20 / 17:08:37
img Günün xəbərləri
İlqar Yusubov “Rolls-Royce”də hansı pullarla gəzir?

2018-06-20 / 16:57:57
img Sosial
Məmurlara ağır ittiham: “Arxası möhkəmdir, fəhlələrlə qul kimi davranır”

2018-06-20 / 16:45:45
img Ölkə
Kürdəmirdə şok: İnsan və heyvan dərmanları eyni aptekdə satılır

2018-06-20 / 16:42:00
img Manşet xəbərləri
Bu dəfə “Azərsu”nun əməkdaşı jurnalisti təhqir etdi – Nazirə müraciət olundu

2018-06-20 / 13:29:17
img Günün xəbərləri
Qalmaqallı bankirin iqtidarın düşməni ilə gizli əlaqələri üzə çıxdı – ŞOK TƏFƏRRÜAT

2018-06-20 / 01:04:00
img Günün xəbərləri
Ərziman Əliyevin qohumu da jurnalisti təhqir etdi

2018-06-19 / 18:03:04
img Video xəbərlər
Azərbaycanlı ailə 4 yaşlı qızlarını porno videoya çəkdi - Dünya şokda VİDEO

2018-06-19 / 16:15:31

Bütün xəbərlər