logo
RU

Ölkə

"Yayılan sənədlər saxtadır" - Müdafiə Nazirliyindən Ermənistana CAVAB

img




"Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılmaqdadır.
Ermənistan tərəfi bu cür dezinformasiyaları yaymaqla özünü guya Azərbaycan Silahlı Qüvvələri barədə məlumatlı göstərməyə çalışır. Əslində isə nümayiş etdirilən “məxfi məlumatlarla dolu məktublar” o dərəcədə bisavad və səriştəsiz hazırlanır ki, onların əvvəldən axıradək saxta olduğu heç bir şübhə doğurmur. Bütün bunlar erməni xüsusi xidmət orqanları və “əks-təbliğat mütəxəssisləri” tərəfindən qeyri-peşəkar səviyyədə, tələm-tələsik uydurularaq, səliqəsiz düzülüb-qoşulmuş kağız parçasıdır". 
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, son yayılan məktubdakı saxtakarlıq və səhvlər isə daha tez diqqəti cəlb edir.
Qeyd edək ki, Baş Qərargah rəisi müntəzəm olaraq Ordudakı vəziyyət haqqında Müdafiə nazirinə şifahi məruzələr etdiyindən xidməti məsələlərlə bağlı Ermənistan mətbuatının təqdim etdiyi formada yazılı müraciətlərə zərurət qalmır. Çoxlu qrammatik səhvlər və yazılış üslubundakı uyğunsuzluqlarla (məktubda 20-dək səhv var) hazırlanmış bu məktubun Müdafiə Nazirliyində  mövcud olan daxili yazışmalara və kargüzarlığa azacıq da olsa uyğunluğu yoxdur. İstər mövcud olmayan simvolikalı rəsmi blank, istərsə də orada olan imzalar saxtalaşdırılıb, həmin sənədlərdə göstərilən tarixlər, rəqəmlər, yer və adlar da tamamilə uydurmadır.
Məktubda göstərilən məqamlardan biri də 2016-cı ilin aprel döyüşlərindəki itkilər barədə məlumatların ağlasığmaz dərəcədə şişirdilməsi və bilərəkdən qat-qat çox göstərilməsidir. Bütün ölkə mətbuatı və ictimaiyyət həmin dövrdə şəhidlərin dəfn mərasimlərində iştirak edib, hər kəs bu proseslərin nə qədər yüksək səviyyədə və təntənəli təşkil olunduğunu izləyib, Ali Baş Komandanın Ordumuza yüksək qiymət verməsinin və qəhrəmanlarımızın mükafatlandırmasının şahidi olub. Odur ki, üstündən bu qədər vaxt keçdikdən sonra Ermənistan mətbuatının guya itkilərin gizlədilməsi barədə məlumatlar tirajlaması blefdən başqa bir şey deyil və heç bir etik normalara sığmır. Texniki tərəqqinin hazırkı inkişaf mərhələsində itkilərin əhalidən gizlədilməsi də qeyri-mümkündür. Aprel döyüşləri zamanı itkilərin sayı barədə göstərilən rəqəmlər əslində Ermənistanın öz itkilərinin sayıdır və onlar hələ də ictimaiyyətə bu barədə düzgün məlumat verməyiblər. 
Məlumatda qeyd edilir ki, aprel döyüşlərindən sonra özünə gəlməyən Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycan tərəfinin itkilərini qat-qat artıraraq verməklə Ermənistan əhalisinin fikrini yayındırmağa çalışır: "Nədənsə uğurlu əks-hücum əməliyyatı keçirərək sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusunun 2000 hektaradək ərazini işğaldan azad etdiyini unudurlar.
Aprel döyüşləri zamanı atəşkəsin elan edilməsinin səbəbi isə qarşı tərəfin iddia etdiyinin əksinə olaraq, Azərbaycan Ordusunun uğurla irəliləməsindən vahiməyə düşən  Ermənistan rəhbərliyinin yalvarıcı, aşağılayıcı və təkidli xahişi nəticəsində üçüncü tərəfin vəsitəçiliyi ilə mümkün olub. Azərbaycan tərəfinin belə bir görüşə və addıma razılaşmasının yeganə səbəbi əlavə qan tökülməsinə son qoyulması olub.
Düşmən tərəfinin bu kimi saxtakarlığı son günlər Azərbaycan mətbuatında işğalçı Ermənistan ordusundakı neqativ hallar barədə yayılan faktlara cavab olaraq ermənisayağı atılmış növbəti uğursuz bir addımdır. Özünü təmizə çıxarmaq məqsədi daşıyan cinayətkar hərbi-siyasi rejim rəhbərliyi bu xəbərlərlə Ermənistan ordusundakı acınacaqlı vəziyyət səbəbindən hərbi qulluqçular arasında artan intihar, nizamnamədən kənar münasibətlər və digər cinayət əməllərindən əhalinin fikrini yayındırmağa çalışır.
Cəbhədəki döyüşdə uğur qazana bilməyən Ermənistan bu gün mətbuat, virtual məkan və kağız üzərində savaş açmaqla, hətta Azərbaycan Ordusunda heç zaman xidmət etməyən, sosial şəbəkələrdə saxta İP ilə qeydiyyatdan keçərək və azərbaycanlı bloqer adı  altında “döyüşərək” qismən də olsa uğursuzluqlarının əvəzini çıxmağa çalışır.
Müdafiə Nazirliyi bildirir ki, yayılan məlumatlar və sənədlər tamamən saxtadır, uydurmadır, Azərbaycan mətbuatı tərəfindən yayılması, sosial şəbəkələrdə müzakirəsi qətiyyən yolverilməzdir. Yayılan dezinformasiya xarakterli məlumatlar düşmən maraqlarına xidmət etdiyindən bu kimi təbliğata uymamağa çağırırıq".







Xəbər lenti

img Ölkə
Azərbaycanda universitetdən hicablı tələbələrə QADAĞA: "Hicablılar dərsə buraxılmayacaq"

2017-09-21 / 18:27:22
img Sosial
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

2017-09-21 / 17:07:54
img Sosial
"Bizi yaxın buraxmırlar ki, maraqlanaq, araşdıraq, görək balamız nədən öldü..."

2017-09-21 / 16:38:21
img Günün xəbərləri
Universitetin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

2017-09-21 / 16:05:16
img Foto xəbər
Mətanət sinəsini çöldə qoydu, hamı YIXIB SÜRÜDÜ - FOTOLAR

2017-09-21 / 15:24:25
img Günün xəbərləri
“Nikoil Bank”-ın köhnə rəhbərliyi məsuliyyətə cəlb ediləcək

2017-09-21 / 14:40:59
img Ölkə
Deputat Hacı Qalibin həbsini tələb edir

2017-09-21 / 13:51:14
img Ölkə
Mikayıl Cabbarov Nazim İbrahimovun kadrlarını İŞDƏN ÇIXARIR

2017-09-21 / 13:06:30
img Günün xəbərləri
Direktorun "TORBASINI" zavuç tikibmiş? - 2 min valideyn övladını MƏKTƏBDƏN ÇIXARIR - ETİRAZ

2017-09-21 / 12:31:41
img Manşet xəbərləri
Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?

2017-09-21 / 12:04:24
img Sosial
Maştağa xəstəxanası 40 dərəcə qızdırması olan uşağı qəbul etməyib - VİDEO

2017-09-21 / 11:01:16
img Cəmiyyət
Oğlan tələbəyə "tibb bacısı" diplomu necə verilib? - VİDEO

2017-09-21 / 10:09:05
img Dünya
Köhnə model maşını 172 minə satır - nömrəsinə görə - VİDEO

2017-09-20 / 18:44:07
img Günün xəbərləri
“Bank Standard”ın eks rəhbərinin barəsindəki cinayət işi ilə bağlı YENİ XƏBƏR

2017-09-20 / 17:15:37
img Ölkə
Nəqliyyatda sabotaj: Şirkətlər gediş haqqını artırmaq istəyirlər

2017-09-20 / 16:15:19
img Günün xəbərləri
İcra başçısının işlətməyə apardığı xadiməçilərin avtobusu aşdı - 15 nəfərin vəziyyəti ağırdır

2017-09-20 / 15:04:19
img Manşet xəbərləri
Zəfəroğlu İnşaat rəhbərinin keçmiş MTN-lə iş birliyi üzə çıxdı – TƏFƏRRÜAT

2017-09-20 / 13:54:17
img Manşet xəbərləri
“Nikoil Bank”da Vüqar Kərimovun “qiymətləndirmə” əməliyyatları – Vətəndaş yenidən banka borclu qalır

2017-09-20 / 12:54:50
img Sosial
AAAF Park sakinləri aksiya keçirib — Lift, qaz yoxdur

2017-09-20 / 12:11:37
img Video xəbərlər
Cadugərin sehri baş tutmadı: Timsah falçını diri-diri parçaladı - VİDEO

2017-09-20 / 10:54:40
img Cəmiyyət
Şagird sinfə girən müəlliminə "Nasist salamı " verdi - Müəllim isə belə davrandı - VİDEO

2017-09-20 / 10:10:19
img Günün xəbərləri
Cahangir Əsgərovun qızına aid “Gazelli”də güclü yanğın – Video+Yenilənib

2017-09-19 / 19:05:02
img Manşet xəbərləri
AZAL-da baş verən hadisəni kimlər gizlətməyə çalışır?

2017-09-19 / 17:12:05
img Dünya
Polis adamyeyən gənci “iş başında” yaxaladı: Qadını öldürüb ətini yeyirmiş - DƏHŞƏT

2017-09-19 / 16:38:18
img Günün xəbərləri
“Çingiz Qənizadə məndən 30 min rüşvət alıb” - Hacı Qalib Salahzadədən şok ittiham

2017-09-19 / 16:00:21

Bütün xəbərlər