logo
RU

Qafqaz

“Qarabağda qəfil müharibə başlaya bilər”

img




Bu təhlükə haqda xəbərdarlıq edən Beynəlxalq Böhran Qrupu “Ermənistan və Azərbaycan: risklər mövsümü” adlı hesabat yayıb

  Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinə dair “Azərbaycan və Ermənistan: risklər mövsümü” adlı hesabatla çıxış edib. Təşkilatın saytına istinadən xəbər verilir ki, hesabatda beynəlxalq birlik Ermənistanla Azərbaycan arasında “yeni, qəfil ölümcül münaqişənin” başlamasının qarşısını almaq üçün daha qətiyyətli səylər göstərməyə çağırılır. Hesabatda təşkilatın ekspertləri Ermənistanla Azərbaycan arasında “istənilən vaxt qəfildən başlaya biləcək” yeni müharibə riskini analiz ediblər. Hesabatda deyilir ki, danışıqlar 2011-ci ildən dayanıb, hər iki tərəf silahlanmanı və hərbi ritorikanı gücləndirib. “Daxili siyasi rəqabətin də gücləndirdiyi bu gərgin situasiyada  ən böyük təhlükə təsadüfi müharibədir” - deyə hesabatda bildirilir. Təşkilatın ekspertləri göstərirlər ki, 2011-ci ildə danışıqları dayandırandan sonra tərəflər öz hərbi xərclərini daha da artırıblar və qəfil situasiyalar üçün hərbi fəaliyyət planları hazırlamağa başlayıblar. Hesabatda bildirildiyinə görə, təmas xəttində getdikcə artan atışmaların Rusiya, İran və Türkiyənin də cəlb olunduğu irimiqyaslı regional münaqişəyə çevrilməsi riski realdır.  Beynəlxalq Böhran Qrupunun qənaətinə görə, Ermənistanda müxalifətin planlaşdırılan etirazları, Azərbaycandakı prezident seçkiləri tərəflərə birbaşa danışıqlara başlamaq üçün maneə yaradır. Belə vəziyyətdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Avropa İttifaqı gərginliyin artmasına imkan verməmək üçün ayıq olmalıdır. Hesabatda göstərilir ki, xüsusən Rusiya tərəfləri sülh danışıqlarını bərpa etmək üçün daha qətiyyətli səylər göstərməli, münaqişə tərəflərini silahlandırmağı dayandırmağı, həmçinin İsrail və Cənubi Koreya tərəflərə silah satışı ilə bağlı planlarına yenidən baxmalıdır. (virtualaz.org)







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər